[b]Komadan ayıldı, dilini dəyişdi[/b]
24.10.2016 - 09:20
[b]Komadan ayıldı, dilini dəyişdi[/b]

ABŞ futbolunda qəribə hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yerli qapıçı Ruben Nsemo komadan ayıldıqdan sonra hər kəsi təəccübləndirib.

 

16 yaşlı qolkiper iki həftə əvvəl oyun zamanı başından zərbə alaraq huşunu itirib. Üç gün komada qalan Nsemo ayıldıqdan sonra ingilis dilində danışa bilməyib. Əvəzində o, əvvəllər bilmədiyi ispan dilində danışıb. Bu isə onun ailəsini və komanda yoldaşlarını heyrətə gətirib.

 

Bir neçə gündən sonra ingilis dilini də yavaş-yavaş xatırlayan Nsemo ispan dilində daha sərbəst danışa bilir.

 

0