[b]“Qəbələ” üzərində qələbə...” – Kristof Qaltye[/b]
24.10.2016 - 11:09
[b]“Qəbələ” üzərində qələbə...” – Kristof Qaltye[/b]

“Buna qədər keçirdiyimiz son 13 matçın yalnız 1-də məğlub olmuşduq. Bu uğurlu seriyanı davam etdirmək niyyətində idik”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

 

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Fransa çempionatının X turunda “Kan”ın qonağı olub. Oktyabrın 20-də “Qəbələ” üzərində qələbə qazanan (1:0) “Sent-Etyen” “Kan”ı da (2:0) məğlubiyyətə uğradıb.

 

Qaltye qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışından məmnun qaldığını bildirib: “Rəqib bizə oynamaq imkanı vermirdi. Ancaq futbolçular ustalıq nümayiş etdirərək, ikinci hissədə qələbə qollarını vura bildilər. İlk hissədə tələyə düşə bilərdik. Vəziyyətdən çıxış yolunu tapıb bunu dəyişməyə nail olduq”.

 

Təcrübəli mütəxəssis Liqa 1-lə Avropa Liqası arasındakı fərqdən də danışıb: “Avropa Liqasında “Qəbələ” üzərində qələbə komandanın motivasiyasını yüksəltmişdi. Amma qısa zamanda çempionat matçına uyğunlaşmaq asan deyil. Çünki Avroliqa ilə çempionat oyunlarında mübarizə, atmosfer tam fərqli olur. “Qəbələ” ilə görüşdə iştirak etmiş futbolçular tam gücləri ilə məşq edə bilmədilər. Çünki onlara bərpa üçün vaxt lazım idi. Həftəsonu “Monako” ilə vacib qarşılaşma var. Bu qələbə həmin görüş öncəsi çox vacib idi. İndi futbolçular qarşıdakı 3 oyuna daha yaxşı hazırlaşa biləcəklər”.

 

Qeyd edək ki, “Sent-Etyen” Avroliqadakı növbəti matçını noyabrın 3-də Bakıda “Qəbələ”yə qarşı keçirəcək.

0