[b]“Qızıl top”un ilk iddiaçıları açıqlandı[/b]
24.10.2016 - 11:10
[b]“Qızıl top”un ilk iddiaçıları açıqlandı[/b]

“Qızıl top” a namizədlərin ilk siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA ilə əməkdaşlığa son qoyan “France Football” 2016-cı ilin ən yaxşı futbolçusu adına ilk 5 iddiaçını müəyyənləşdirib.

 

Mükafata namizəd olan 30 oyunçu 6 dəfəyə açıqlayacaq Fransa nəşrinin ilk “beşliy”ində argentinalı Serxio Aquero, qabonlu Pyer-Emerik Obameyanq, uelsli Qaret Beyl, italiyalı Canluici Buffon və portuqaliyalı Kriştianu Ronaldo yer alıblar.

 

Qeyd edək ki, “France Football” digər namizədləri də gün ərzində açıqlamağı planlaşdırır.

0