[b]Prosineçki ölkə prezidenti ilə görüşdü - FOTO[/b]
24.10.2016 - 11:59
[b]Prosineçki ölkə prezidenti ilə görüşdü - FOTO[/b]

Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəmizdə səfərdədi. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, xanım prezident Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə də görüşüb.

 

Üçgünlük səfər müddətində ölkəmizdə olan həmyerliləri ilə maraqlanan Qrabar-Kitaroviç Prosineçki ilə də görüşərək, onunla fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, “Neftçi”nin qapıçısı Krşevan Santini də Qrabar-Kitaroviçlə görüşüb. O, həmin anı əks etdirən fotonu öz hesabında paylaşıb.

 

0