[b]“Neftçi” – “Qarabağ” oyununun dəyəri: 1 manat[/b]
24.10.2016 - 12:05
[b]“Neftçi” – “Qarabağ” oyununun dəyəri: 1 manat[/b]

Topaz Premyer Liqasının IX turu çərçivəsində “Neftçi” sabah “Qarabağ”ı qəbul edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın biletləri satışa çıxarılıb.

 

8-ci km qəsəbə stadionunda baş tutacaq oyunu tribunadan izləmək istəyən azarkeşlər 1 manatlarından keçməli olacaqlar. VİP yerlər üçün biletlərin qiyməti isə 5 manatdı. Biletləri matçın keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündü.

 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

0