[b]Yığmamızın oyununda maltalı hakim[/b]
24.10.2016 - 14:26
[b]Yığmamızın oyununda maltalı hakim[/b]

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunun ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iştirak etdiyi qrupun I turunun görüşlərini idarə edəcək hakimlər və rəsmilər müəyyənləşib.

 

Millimizin sabah İngiltərə ilə keçiriləcək qarşılaşması Malta və Rumıniyadan olan hakimlərə həvalə olunub. Rumıniyanın Buftea şəhərində baş tutacaq görüşün baş hakimi maltalı Fyodor Zammit olacaq. Ona həmyerlisi Luke Portelli və rumıniyalı Daniel Mitruti kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyası rumın Katalin Qaman yerinə yetirəcək. Çexiyalı Patrik Filipek görüşün UEFA nümayəndəsi, irlandiyalı Gerard Perri hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0