[b]“Belə davam etmək lazımdı” [/b]– Renan da Silva
24.10.2016 - 15:58
[b]“Belə davam etmək lazımdı” [/b]– Renan da Silva

"İnter”lə matçda ümumilikdə yaxşı oynadıq. Butün komanda üzvləri verilən tapşırığın öhdəsindən layiqincə gəldilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Renan da Silva deyib.

 

Klubun rəsmi saytına danışan braziliyalı müdafiəçi ölkə çempionatının IX turu çərçivəsində “İnter”lə heç-heçə (0:0) oynadıqları matçı dəyərləndirib.

 

Gəncə klubunun futbolçusu yaxşı oynadıqlarını bildirib: “Birinci hissə daha istəkli idik. Qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, epizodları lazımınca qiymətləndirə bilmədik. Fasilədən sonra isə “İnter” bir neçə vəziyyətdə qola yaxınlaşdı. Ancaq bütün cəhdlərə baxmayaraq, yekunda qarşılaşma 0:0 hesabıyla başa çatdı. Qələbə qazana bilməsək də, yaxşı oyun göstərdiyimizə görə özümüzü təbrik edirəm. Belə davam etmək lazımdı".

0