[b]İlham Əliyev: Azərbaycan yığması ilə fəxr edirik[/b]
24.10.2016 - 18:15
[b]İlham Əliyev: Azərbaycan yığması ilə fəxr edirik[/b]

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, İlham Əliyev bəyanatında futbol üzrə milli komandanın baş məşqçisi Robert Prosineçkinin fəaliyyəti və milli komandamızın uğurları barədə də fikirlərini bildirib.

 

O, xorvatiyalı çalışdırıcının millimizdəki işini yüksək qiymətləndirib: “Bizim iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlarımız var. Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”. 

0