[b]Devid Bekhem “Real”a qayıdır[/b]
25.10.2016 - 10:35
[b]Devid Bekhem “Real”a qayıdır[/b]

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem yenidən “Real”a qayıdır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis “kral klubu”nun səfiri kimi fəaliyyət göstərəcək.

 

Bekhem Madrid təmsilçisinin ABŞ səfiri olması təklifini qəbul edib. O, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.

 

Qeyd edək ki, 2003-2007-ci illərdə “Real”ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.

0