[b]Futbolun yaradıcıları ilə 3-cü duel[/b]
25.10.2016 - 11:32
[b]Futbolun yaradıcıları ilə 3-cü duel[/b]

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində ilk oyununu İngiltərəyə qarşı keçirəcək Azərbaycan millisi tarixində 3-cü dəfə bu rəqiblə görüşəcək. Apasport.az saytının məlumatına görə, Rumıniyada baş tutacaq matçadək iki ölkənin U-17 yığmaları 2 dəfə görüşüb.

 

2007-ci ildə Bosniya və Herseqovinada baş tutan elit mərhələdə Yaşar Vahabzadənin yetirmələri 0:1 hesabı ilə uduzub. 2009-cu ilin payızında isə Almaniyadakı seçmə mərhələdə darmadağın qeydə alınıb. Oliver Pelzerin yetirmələri 0:4 hesabı ilə uduzub.

 

Bir sözlə, hər iki matçda yenilən yığmamız britaniyalılarla qarşılaşmalarda qol da vura bilməyib.

 

 

0