[b]“Fahişənin dişisi, erkəyi olmaz” - Arda Turan[/b]
25.10.2016 - 11:36
[b]“Fahişənin dişisi, erkəyi olmaz” - Arda Turan[/b]

“Barselona”nın futbolçusu Arda Turan sosial şəbəkə vasitəsilə gözlənilməz status paylaşıb. Apasport.az saytının məlumatına görə, onun “instagram” hesabından yazdığı sözlər Türkiyədə şok effekti yaradıb.

 

Belə ki, Arda Türkiyə ədəbiyyatının əfsanələrindən sayılan Kemal Tahirin üzərində yazı olan şəklini yayıb. O, həmin şəklin altına “Biz bunu yaşayarkən unutmayaq” yazıb.

 

Şəklin üzərində isə bunlar qeyd edilib: “Fahişənin dişisi, erkəyi olmaz. Fahişəlik adətdi. Söz verib tutmamaq, borcunu inkar etmək, birini satmaq, arxadan adam vurmaq, özündən zəifi əzmək, hətta qorxmaq belə yerinə görə fahişəlikdi”.

 

Onun bu sözləri kimə ünvanladığı bilinməsə də, Arda Turanla Türkiyə millisinin baş məşqçisi Fatih Terim arasında bir neçə aydı gərginlik olduğu məlumdu. Bu səbəbdən də statusun “imperator”a ünvanlandığı ehtimal edilir.

 

Qeyd edək ki, Arda Fransada keçirilən Avropa çempionatından sonra Türkiyə yığmasına çağırılmır.

 

0