[b]Sabiq “Fənərbaxça”lı yenə həbs edildi[/b]
25.10.2016 - 13:26
[b]Sabiq “Fənərbaxça”lı yenə həbs edildi[/b]

“Fənərbaxça”nın sabiq futbolçusu Fabio Bilikanın başı qalmaqallardan açılmır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı müdafiəçi polislər tərəfindən saxlanılıb.

 

Buna səbəb 37 yaşlı keçmiş müdafiəçinin aliment haqqını ödəməməsidi. 17 min dollarlıq borcu yığılan futbolçu dünən gecə polis bölməsinə aparılıb. Həbs edildikdən sonra 17 min dollarlıq borcu ödəyən futbolçu bir müddət sonra sərbəst buraxılıb.

 

Bu, Braziliya mətbuatının diqqətindən yayınmayıb. Braziliyalılar Bilikanın bundan əvvəlki aliment borcunu, adam yaralama kimi əməllərini xatırladaraq, hadisəni “Yenə Bilika, yenə olay” başlığı ilə işıqlandırıblar.

 

Qeyd edək ki, bir müddət əvvəl Bilika keçmiş həyat yoldaşına aliment pulunu ödəmədiyi üçün bir xeyriyyə kampaniyası zamanı saxlanılmışdı.

0