[b]“Qarabağ” 125-ci, “Fiorentina” 46-cı[/b]
25.10.2016 - 15:00
[b]“Qarabağ” 125-ci, “Fiorentina” 46-cı[/b]

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Elo reytinqinə əsasən tərtib olunan cədvələ İspaniya “Barselona”sı başçılıq edir.

 

Kataloniya təmsilçisinin 2490,39 xala malikdi. İkinci pillədə digər İspaniya nəhəngi “Real” qərarlaşıb. Madridlilərin hesabında 2470,34 xal var. İlk “üçlüy”ü Almaniya “Bavariya”sı tamamlayır. Bundesliqa klubu 2458,91 xal toplayıb.

 

Azərbaycan təmsilçilərinin yer aldığı cədvəldə ən yüksək mövqedə “Qarabağ” qərarlaşıb. Aktivində 1977,25 xal olan çempionumuz 125-ci pillədə yer alıb. Ağdamlılar “Verder”, “Sampdoriya” kimi klubları arxada qoyub.

 

“Qəbələ” isə 1854,43 xalla 331-cidi. 1821,97 xala malik “İnter” 425-ci pillədə yer alıb. Daha bir komandamız 1000 ən yaxşı sırasındadı. Belə ki, “Zirə” 1678,93 xalla 907-cidi.

 

Qeyd edək ki, klublarımızın Avropa Liqasının qrupundakı rəqiblərindən yalnız “Fiorentina” ilk “50-lik”dədi. İtaliyalılar 2106,49 xalla 46-cıdı.

0