[b]Cavid Hüseynovun 446 günlük həsrəti[/b]
25.10.2016 - 15:31
[b]Cavid Hüseynovun 446 günlük həsrəti[/b]

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov 446 gündən sonra yenidən meydana çıxa bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Topaz Premyer Liqasının IX turunun bu gün keçirilən “Sumqayıt”la səfər oyununun “18-liy”inə daxil edilib.

 

O, bu gün meydana çıxsa, 446 gündən sonra rəsmi matçın iştirakçısı olacaq. Belə ki, Cavid sonuncu dəfə 2015-ci il avqustun 6-da “Qəbələ” forması geyinib.

 

Həmin gün yarımmüdafiəçi komandasının Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la cavab görüşündə iştirak edib. Vurduğu qolla 1:0 hesablı qələbədə pay sahibi olan Hüseynov 14 aylıq fasilədən sonra yenidən heyətdə yer alıb.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu oktyabrın 12-də azadlığa buraxılıb. 

0