[b]“Elə bildim ki, “Qarabağ”ın fanatıdı” – Katalin Tira[/b]
26.10.2016 - 11:13
[b]“Elə bildim ki, “Qarabağ”ın fanatıdı” – Katalin Tira[/b]

“Neftçi”nin futbolçusu Katalin Tira üzr istəyib. Apasport.az saytının məlumatına görə, rumıniyalı hücumçu dünən “Qarabağ”la keçirilən çempionat oyunundakı hərəkətinə görə, peşman olduğunu bildirib.

 

Belə ki, Tira şəxsi feysbuk səhifəsində matçın son dəqiqələrində vurduğu azarkeşdən üzr istəyib: “Dünən baş verən hadisəyə görə, həqiqətən, təəssüflənirəm. Mən bu hərəkətə sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdi. Elə bildim ki, “Qarabağ”ın fanatıdı”.

 

Tira sonda Azərbaycan dilində “üzr istəyirəm” ifadəsini də işlədib.

0