Bu dəfə Qəbələdə - FOTO
27.10.2016 - 12:23
Bu dəfə Qəbələdə - FOTO

Bölgələrdə cüdo məşqçiləri üçün keçirilən seminarlar davam edir. Apasport.az saytının məlumatına görə, Zaqataladan sonra növbəti belə bir seminar Qəbələdə baş tutub.

 

Qəbələ İdman Olimpiya Kompleksində keçirilən seminara Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan olan məşqçi müəllimlər qatılıb.

 

Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov, Məşqçilər Komitəsinin üzvləri Musa İsmayılov və Tərlan Həsənov digər seminarlarda olduğu kimi müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.

0