[b]“Bu baxımdan heç kimdən geri qalmırıq” – millimizin baş məşqçisi[/b]
28.10.2016 - 00:11
[b]“Bu baxımdan heç kimdən geri qalmırıq” – millimizin baş məşqçisi[/b]

“Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək , yaxşı komanda olduğunu  sübut edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycanın U-17 milli komandasının baş məşqçisi Vüqar Məmməd deyib.

 


17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda II turunda Avstriya ilə qarşılaşan yeniyetmə futbolçularımız 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Matçdan sonra komandanın baş məşqçisi fikirlərini affa.az saytı ilə bölüşüb: “Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.

0