[b]“Qəbələ” ilə ilk dəfə, “Neftçi”nin darmadağın xatirəsi[/b]
28.10.2016 - 12:29
[b]“Qəbələ” ilə ilk dəfə, “Neftçi”nin darmadağın xatirəsi[/b]

FİFA referisi Əliyar Ağayev mövsümdə ilk dəfə “Qəbələ”nin matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, ölkənin ən yaxşı hakimi hesab edilən referi Topaz Premyer Liqasının X turunun “Qəbələ” – “Neftçi” matçınadək “qırmızı-qaralar”ın görüşlərində baş hakim olmayıb.

 

Belə ki, arxada qalan 9 turda 7 dəfə baş hakim funksiyasını yerinə yetirən Ağayev “İnter”lə “Qarabağ”ın hərəsinin 3, AZAL-la “Sumqayıt”ın hərəsinin 2 matçında fit çalıb. “Neftçi” və “Kəpəz”lə yolları bir dəfə kəsişən ədalət təmsilçisi “Qəbələ” ilə “Zirə”ni görməyib.

 

Qəbələdəki qonaq komanda “Neftçi” üçün Ağayev uğursuz hakim sayılır. III turun “Qarabağ”la səfər oyununda “ağ-qaralar” 0:3 hesablı darmadağına məruz qalanda matçın hakimi məhz FİFA referimiz olub. Amma həmin qarşılaşmada Ağayev vərəqə və penalti nöqtəsini göstərməyib.

 

Ümumiyyətlə, mövsümdə cəmi 1 dəfə penalti təyin edib, meydan sahiblərini cəzalandıran Ağayev vərəqələrə meylli deyil. 6 matçda cəmi 16 dəfə əlini cibinə atan hakim 10 dəfə meydan sahibi, 6 dəfə qonaqları cəzalandırıb. Həmin qarşılaşmaların nəticələrinə gəlincə, 3 dəfə evdə, 2 dəfə səfərdə oynayan tərəf qalib olubsa, 1 matçda heç-heçə qeydə alınıb. Maraqlıdı ki, top fərqi də vərəqələr kimi meydan sahiblərinin 10:6-lıq üstünlüyünü göstərir.

0