[b]Boksçumuzdan növbəti nokaut - FOTO[/b]
28.10.2016 - 12:47
[b]Boksçumuzdan növbəti nokaut - FOTO[/b]

Gürcüstanın paytaxtı Tiflisdə peşəkarların boks gecəsi keçirilib. Apasport.az saytının məlumatına görə, şou xarakterli gecədə 21 döyüş baş tutub.

 

Bu qarşılaşmalardan ikisində rinqə Azərbaycan idmançısı çıxıb. Həmyerlilərimizdən Malik Məmmədzadə rəqibini döyüşə gəlməyə peşman edib.

 

Belə ki, orta ağır (79 kq) çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gürcüstanlı Zurab Stefanişvili ilə qarşılaşıb. Həvəskar boksda aşağı yaş qruplarında Avropa birinciliyinin mükafatçısı olan Məmmədzadə 8 raundluq döyüşün elə ilk hissəsindəcə rəqibini nokauta salıb. O, bununla da peşəkar rinqdə 8-ci görüşündə 8-ci qələbəsini qazanıb. Bu qarşılaşmalardan 5-i isə vaxtından əvvəl bitib.

 

Məmmədzadənin növbəti döyüşü dekabra planlaşdırılır. Lakin hələlik rəqibin adına aydınlıq gəlməyib. Əgər o bu dəfə də qalib gələrsə, titul döyüşünə başlayacaq.

 

Digər həmyerlimiz Əsgər Rəhimov da isə yüngül çəkidə (57 kq) yumruğunun gücünü yoxlayıb. Yerli publika qarşısında o da gürcüstanlı rəqibi məğlub edib. 

0