Ən yaxşı qolun müəllifi mükafatlandırıldı
28.10.2016 - 14:46
Ən yaxşı qolun müəllifi mükafatlandırıldı

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.


Qalibə pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu  hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb. 


 

0