[b]Hakimlər açıqlandı: Makedoniyalı briqada Bakıya gəlir[/b]
28.10.2016 - 16:19
[b]Hakimlər açıqlandı: Makedoniyalı briqada Bakıya gəlir[/b]

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III mərhələsinə təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi ABU-nun qarşılaşmalarını idarə edəcək hakimlər də müəyyənləşib.

Təmsilçimizin Belçikanın “Femina Vize” ilə noyabrın 12-də keçiriləcək oyununda makedoniyalılar söz sahibi olacaq. Matçda İsmail Metalari əsas, Nenad Nikolovski köməkçi hakim olacaq. Ertəsi baş tutacaq cavab oyununu da eyni referilər idarə edəcək. Hər iki qarşılaşmanın EHF nümayəndəsi israilli Hart İtjak olacaq.

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Bakıda keçiriləcək. Lakin ilk oyunda nominal meydan sahibi belçikalılar olacaq.

 

0