[b]Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI[/b]
28.10.2016 - 17:30
[b]Dünyanın ən dəyərli klubları və idmançıları... - SİYAHI[/b]

Amerikanın məşhur “Forbes” jurnalı 2016-cı ilin ən dəyərli idmançılarının və idman klublarının siyahısını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ən dəyərli idmançıların sıralamasında ilk “10-luq”da iki futbolçu yer alıb.

 

Bunlar portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messidi. “Real”ın qol “maşını” 21,5 milyon avroluq qiymətlə 6-cı yerə layiq görülüb. “Barselona”nın lideri isə 8-ci pillədə özünə yer tapa bilib. “Forbes”in hesablamasına görə, ilin ən dəyərli idmançısı tennisçi Roje Federerdi. Ötən ilin lideri Tayger Vuds isə bu dəfə 5-ciliklə kifayətlənib.

 

Ən dəyərli idmançılar:

1. Roje Federer (tennis – 40 milyon avro)

2. Lebron Ceyms (basketbol – 37,5 milyon)

3. Fil Mikelson (qolf – 31,5 milyon)

4. Useyn Bolt (yüngül atletika – 27,5 milyon)

5. Tayger Vuds (tennis – 25,5 milyon)

6. Kriştianu Ronaldo (futbol – 21,5 milyon)

7. Kevin Dyurent (basketbol – 17,5 milyon)

8. Lionel Messi (futbol – 16,5 milyon)

9. Rori Makilroy (qolf – 14,5 milyon)

10. Mahendra Sinq Doni (kriket - 12 milyon)

 

Dünyanın ən dəyərli klubu isə beysbol komandası “Nyu-York Yankiz”di. İlk “10-luq”da 4 futbol klubu var ki, onlar arasında ən qiymətlisi Madrid “Real”ıdı.

 

Ən dəyərli klublar:

1. “Nyu-York Yankiz” (beysbol – 605 milyon avro)

2. “Dallas Kovboyz” (amerikan futbolu – 530 milyon)

3. “Los-Anceles Leykers” (basketbol – 500 milyon)

4. “Real” (futbol – 475 milyon)

5. “Barselona” (futbol – 465 milyon)

6. “Mançester Yunayted” (futbol – 455 milyon)

7. “Nyu-York Niks” (basketbol – 410 milyon)

8. “Nyu-İnqlend Petriots” (amerikan futbolu – 395 milyon)

9. “Bavariya” (futbol – 390 milyon)

10. “Los-Anceles Dodjers” (beysbol – 375 milyon)

0