[b]Sovet futbolunun əfsanələri “markalaşdırıldı” - FOTO[/b]
28.10.2016 - 19:45
[b]Sovet futbolunun əfsanələri “markalaşdırıldı” - FOTO[/b]

Rusiyada keçiriləcək DÇ-2018 üçün xüsusi markalar çap edilib. Apasport.az saytının məlumatına görə, mundialın təbliği üçün nəzərdə tutulmuş aksiyanın ilk mərhələsində Sovet futbolunun 7 əfsanə oyunçusunun fotosu çap edilib.

 

Bunlar Viktor Bannikov, Konstantin Beskov, Nikolay Latışev, Slave Metreveli, Nikolay Morozov, İqor Netto və Qalimzan Xusaynovdu.

 

Bundan əlavə dünya birinciliyinin oyunlarının keçiriləcəyi şəhərlərinin əksi olan konvertlər də tədavülə buraxılacaq.

0