[b]Teymur Rəcəbov Vişvanatan Ananda uduzdu[/b]
29.10.2016 - 00:43
[b]Teymur Rəcəbov Vişvanatan Ananda uduzdu[/b]

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Corsican Sircuit” turnirində iştirakını başa vurub. Apasport.az saytının məlumatına görə, şahmatçımız nakaut sistemi ilə keçirilən rapid turnirə 1/8 finaldan start verib.

 

O, əvvəlcə Boqdan Daniel Deaka qalib gəlib. 1/4 finalda isə Rəcəbovun rəqibi Aleksandr Moissenko olub. Təmsilçimiz bu dəfə də qələbəyə sevinib və yarımfinala yüksəlib.

 

Bu mərhələdə isə dünya çempionu Vişvanatan Anandla qarşılaşan Teymur 0.5:1.5 hesabı ilə məğlub olaraq, turnirlə finalın bir addımlığında vidalaşıb.

 

Qeyd edək ki, finalda Anandın rəqibi Maksim Laqrave olacaq.

0