[b]Federasiya rəsmisi Mübariz Mənsimovun hissələrini geri vermir[/b]
29.10.2016 - 12:04
[b]Federasiya rəsmisi Mübariz Mənsimovun hissələrini geri vermir[/b]

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü Alaattin Aykaç "Palmali" şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimova problem yaradıb. Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Xəbərdə bilirilib ki, Aykaç 8 ay əvvəl işdən uzaqlaşdırılsa da, şirkətə aid olan hissələri təhvil verməyib. 23 il "Palmali" Dənizçilik Qrupunda fəaliyyət göstərən, son 8 ildə isə baş icraçı direktor vəzifəsini icra edən Aykaç şirkətin adından istifadə edib qeyri-qanuni işlərlə məşğul olduğu üçün Mübariz Mənsimov tərəfindən qovulmuşdu. Futbol federasiyasının rəsmisinin tenderlərdə "Palmali"ni ziyana salan addımlar atdığı və rəqib şirkətlərin lehinə tenderlərdən çəkildiyi məlum olub.

 

Bütün bunları nəzərə alan “Palmali” hissələrini təhvil vermədiyi və şirkətə zərər vurduğu üçün Alaattin Aykaçla bağlı hüquqi yollara əl atacaq.

0