[b]Yığmamızın hücumçusu “Beşiktaş”la görüşdən qalib ayrıldı[/b]
07.11.2016 - 09:06
[b]Yığmamızın hücumçusu “Beşiktaş”la görüşdən qalib ayrıldı[/b]

Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” III tur çərçivəsində “Beşiktaş” klubunun qəbil edib.

 

Qarşılaşma təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Çanakkale Bld” bu dəfə də meydandan 3 xalla ayrılıb – 3:0 (25:17, 25:22, 26:24).

 

Kulan komandasının ən yaxşılarından olub. O, rəqibdən 12 xal alıb.

 

Bu qələbədən sonra “Çanakkale Bld” 9 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Onlar 3 görüşdən sonra uduzmayan 2 komandadan biridi. Digər məğlub olmayan “Fənərbaxça” isə III tur çərçivəsində bu gün “Əczaçıbaşı” ilə üz-üzə gələcək.

 

0