SİZİN REKLAM BURADA

“Odlar Yurdu” heç-heçə etdi, “Odlar Yurdu” məğlub oldu

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa kişi və qadın komandalarla qatılan Azərbaycanın “Odlar Yurdu” klubları qələbə qazana bilməyiblər.

 

Emil Sutovskinin kapitanı olduğu kişilərdən ibarət komandamız İsrailin “Beer Şeva” klubu ilə bacarmayıb. Görüş heç-heçə başa çatıb.

 

Qadınlardan ibarət “Odlar Yurdu” isə məğlubiyyətə üzülüb. Fikrət Sideifzadənin rəhbərlik etdiyi klub Rusiyanın “Yuqra” komandasına uduzub.

 

Yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov isə qələbələri sıralayır. Serbiyanın “Sveti Nikolay Srpski” klubunun uğurları üçün çalışan həmyerlimiz ikinci turda ikinci qələbəsini qazanıb. Onun komandası 4 xalla 10-cudu.

 

Qeyd edək ki, bu gün kişilərdən ibarət “Odlar Yurdu” “Latsio” ilə, qadınlardan ibarət komandamız isə “İtaka” ilə üz-üzə gələcək.

 

II tur

 

Kişilər
“ODLAR YURDU” – “BEER ŞEVA” (İsrail) - 3:3

Rauf Məmmədov - Yevgeni Postnı - 1:0
Teymur Rəcəbov - Mixail Roiz - 0,5:0,5
Qadir Hüseynov - Aleksandr Huzman - 1:0
Arkadi Naydiç - Alon Qrinfeld - 0:1
Eltac Səfərli - Viktor Mixalevski - 0:1
Emil Sutovski - İlya Xmelniker - 0,5:0,5

 

Turnir cədvəli: 1. “Padova” (İtaliya), 2. “Legacy Square” (Rusiya), 3. “Sürix” (İsveçrə) – hamısı 4 xal, ...13. “Odlar Yurdu” (Azərbaycan), ...“İtaka” (Serbiya) - hər ikisi 3.

 

Qadınlar

“YUQRA” (Rusiya) – “ODLAR YURDU” - 2,5:1,5
Anna Uşenina - Zeynab Məmmədyarova - 1:0
Natalya Poqonina - Günay Məmmədzadə - 0,5:0,5
Marina Neçayeva - Gülnar Məmmədova - 0,5:0,5
Baira Kovanova - Narmin Kazımova - 0,5:0,5

 

Turnir cədvəli: 1. “Nona Batumi” (Gürcüstan), 2. “Monte-Karlo” (Monako), 3. “Yuqra” (Rusiya) - hamısı 4 xal, 4. “Odlar Yurdu” (Azərbaycan), ...8. “Latsio” (İtaliya) – hər ikisi 2.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10