[b]"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi - YENİLƏNİB[/b]
08.11.2016 - 20:25
[b]"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, 212 günlük fasilədən sonra başlayan ölkə çempionatının açılış matçında “Telekom” – “Azəryol”la üz-üzə gəlib.

 

Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favorit olsalar da, “Azəryol” rəqibinə ciddi müqavimət göstərib. "Yolçəkənlər" ilk setdə qalib gəliblər. Sonrakı iki hissəni "Telekom" asanlıqla qazansa da, həlledici mərhələdə əsl mübarizə gedib - 26:24. Bununla da "rabitəçilər" çempionata qələbə ilə start verib - 3:1.

 

Günün digər matçında isə son çempion “Azərreyl” “Lokomotiv”lə mübarizə aparıb. “Dəmiryolçular”ın mübarizəsində Famil Ağayevin komandası rəqibinə şans verməyib - 3:0. Setlərdəki hesablar da acınacaqlı olub - 25:14, 25:10 və 25:8.

 

 

I tur
8 noyabr

“Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)

 

“Azərreyl” Voleybol Mərkəzi

 

“Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)


“Azərreyl” Voleybol Mərkəzi

 

Qeyd edək ki, çempionatımızda iştirak edəcək Gürcüstanın “Tbilisi” klubunun nə vaxt oyunlarını keçirəcəyi hələ dəqiqləşməyib. 

0