[b]Rəqibimiz Fransa çempionatında ilk qələbəsini qazandı[/b]
09.11.2016 - 17:33
[b]Rəqibimiz Fransa çempionatında ilk qələbəsini qazandı[/b]

Qadın voleybolçular arasında Fransa çempionatında III turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan “Sen-Rafael”

tur çərçivəsində “Kemper” klubunu qəbul edib.

 

Qarşılaşma ev sahiblərinin asan qələbəsi ilə yekunlaşıb. Onlar ilk 2 turdakı məğlubiyyətin əvəzini 3 xalla çıxıblar – 3:0 (25:19, 25:15, 25:21).

 

Bu qələbə “Sen-Rafael”i turnir cədvəlində 7-ci yerə yüksəldib. Aktivində 5 xalı olan komanda lider “Bazye”dən 3 xal geri qalır.

0