[b]BOS-da mənzil qazanmaq şansı[/b]
11.11.2016 - 11:15
[b]BOS-da mənzil qazanmaq şansı[/b]

Dekabrın 31-də Bakı Olimpiya Stadionunda (BOS) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Ənyeni İl” adlı konsert proqramı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

 

Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geri-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək. Konsertə gələcək qonaqları lotereya vasitəsi ilə sürprizlər gözləyir. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq.

 

AAAF Holdinqə bağlı AAAF Media MMC-nin direktoru Rəşad Əliyevin sözlərinə görə, “AAAF İnşaat” hər zaman vətəndaşlarımızı sərfəli və rahat mənzillərlə təmin edib: “AAAF Park Yaşayış Kompleksi 2012-ci ildə “AAAF İnşaat” MMC tərəfindən tikintisinə başlanmış və uğurla həyata keçirilən böyük, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir layihədi”.

 

Qeyd edək ki, mənzil “AAAF İnşaat” MMC tərəfindən təqdim olunur.

0