[b]Cüdoda bugünkü qazanc: “Bürünc”[/b]
12.11.2016 - 19:53
[b]Cüdoda bugünkü qazanc: “Bürünc”[/b]

Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatının növbəti görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə Azərbaycan millisinin 4 idmançısı nəyə qadir olduğunu göstərib.

 

Millimizin bugünkü qazancı isə sadəcə bir bürünc medal olub. 90 kq çəki dərəcəsində mübarizə aparan Firuddin Dadaşov turniri 3-cü pillədə başa vurub. Yarışa 1/16 final mərhələsindən, litvalı rəqibi Rokas Nenartaviçus üzərində qələbə ilə başlayan Firudin ardınca alman David Tekiçə qalib gələrək, 1/4 finala yüksəlib. Yarımfinal yolunda serbiyalı Nemanya Majdova məğlub olan Dadaşov təsəlliverici görüşlərə qatılmalı olub. Əvvəlcə sloveniyalı Mixael Zqanka, ardınca isə slovak Peter Jilkanı yolundan kənarlaşdıran cüdoçumuz “bürünc”ə sahib çıxıb.

 

Rüfət İsmayılov (81 kq), Vasif Şərbətli (90 kq) və Cəlil Şükürlü (100 kq) yarışı medalsız başa vurublar.

 

Qeyd edək ki, dünənki yarışlarda millimiz bir qızıl medal qazanmışdı. 73 kq çəkidə güləşən idmançımız Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi.

0