[b]“Odlar Yurdu” 5-ci oldu[/b]
13.11.2016 - 01:34
[b]“Odlar Yurdu” 5-ci oldu[/b]

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda sonuncu – VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa kişi və qadın komandalarla qatılan Azərbaycanın “Odlar Yurdu” klubları da sonuncu görüşlərinə çıxıblar.

 

Kişilərdən ibarət komandamız millimizin lideri Şəhriyar Məmmədyarovun da çıxış etdiyi meydan sahibləri “Sveto Nikolaj Srpski” klubu ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3.5:2.5 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb.

 

Xanımlardan ibarət komandamız isə Monako təmsilçisi “Monte Karlo” ilə qarşılaşıb və 0:4 hesabı ilə darmadağın olub.

 

Klublar arasında Avropa Kuboku

VII tur

Kişilər

 

“Odlar Yurdu” - “Sveto Nikolaj Srpski” – 3.5:2.5

1. Rauf Məmmədov – Şəhriyar Məmmədyarov – 0.5:0.5

2. Teymur Rəcəbov – Rixart Rapport – 1:0

3. Arkadi Naydiç – Aleksandr Morozoviç – 1:0

4. Eltac Səfərli – İvan İvanişeviç – 0.5:0.5

5. Emil Sutovski – Robert Markus – 0:1

6. Vasif Durarbəyli – Miloş Perunoviç – 0.5:0.5

 

Xanımlar

 

“Monte Karlo” – “Odlar Yurdu” – 4:0

1. Hou Yifan – Günay Məmmədzadə - 1:0

2. Anna Muziçuk – Gülnar Məmmədova – 1:0

3. Mariya Muziçuk – Nərmin Kazımova – 1:0

4. Pia Kramlinq – Aydan Höcətova – 1:0

 

Qeyd edək ki, kişilərdən ibarət komandamız turniri 5-ci, xanımlarımız isə 4-cü sırada bitirib.

0