[b]II turun təqvimi açıqlandı[/b]
14.11.2016 - 18:44
[b]II turun təqvimi açıqlandı[/b]

Kişi basketbolçulardan ibarət XXIV Azərbaycan çempionatının II turunun təqvimi açıqlanıb. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 12-də start götürən yarışın növbəti turu noyabrın 19-da baş tutacaq.

 

Bu dəfə NTD BK istirahət edəcək. Günün ilk oyununda NTD U16 və "Marşallar" üz-üzə gələcək.

 

Görüşün start fiti saat 12:00-da veriləcək. Ardınca "80-lər" və "Araz" münasibətlərini aydınlaşdıracaq. AzDNSU-nun "Dərviş"lə dueli ilə tura yekun vurulacaq.

 

II tur

19 moyabr

12:00. NTD U16 - "Marşallar"

13:30. "80-lər" - "Araz"

15:00. "Dərviş" - AzDNSU

 

Qeyd edək ki, oyunlar isə Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq.

 

0