[b]"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə[/b]
16.11.2016 - 19:07
[b]"Telekom"dan asan, "Azərreyl"dən çətin qələbə[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa müsabiqədənkənar qatılacaq Gürcüstan təmsilçisinin oyunlarını nəzərə almasaq, baş tutan III turla I dövrə başa çatıb.

 

“Gənclik” Olimpiya Kompleksində lider “Telekom” “Lokomotiv”i qəbul edib. Zoran Qayiçin yetirmələrinin asanlıqla qalib gələcəyi gözlənilirdi, elə də olub. "Lokomotiv" rəqibi qarşısında heç nə edə bilməyib. Qələbə "Telekom”un dövrə çempionluğunu rəsmiləşdirib.

 

“Azərreyl” Voleybol Mərkəzində təşkil olunan “Azəryol” – “Azərreyl” dueli isə daha maraqlı keçib. Qalibi müəyyənləşdirmək üçün tay-brekə ehtiyac duyulub. Nəticədə daha güclü olan "Azərreyl" meydandan qalib ayrılıb.  

 

Qeyd edək ki, çempionatımıza gələcək 5-ci komanda Gürcüstan təmsilçisi olacaq. Lakin hələlik federasiyada klubun adını dəqiq bilən yoxdu.

 

 

III tur

16 noyabr

“Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
“Gənclik” Olimpiya Kompleksi

 

“Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
“Azərreyl” Voleybol Mərkəzi

 

Telekom

3

3

0

9-3

287-227

8

Azərreyl

3

2

1

8-5

287-238

6

Azəryol

3

1

2

6-6

251-254

4

Lokomotiv

3

0

3

0-9

119-225

0

Gürcüstan

0

0

0

0

0

0

 

0