[b]Azərbaycan çempionatında bir matç təxirə salındı[/b]
18.11.2016 - 16:24
[b]Azərbaycan çempionatında bir matç təxirə salındı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təqvim dəyişikliyi olub. Voleybol Federasiyasından apasport.az saytının məlumatına görə, IV tur çərçivəsində baş tutmalı olan “Lokomotiv” – “Azərreyl” görüşü təxirə salınıb.

 

Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı. Matçın nə vaxt oynanılmasına yaxın günlərdə aydınlıq gələcək. 

0