[b]"Telekom" tay-brekdə qələbə qazandı - YENİLƏNİB[/b]
19.11.2016 - 18:15
[b]"Telekom" tay-brekdə qələbə qazandı - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, IV tur 1 qarşılaşma ilə başlayıb.

 

Günün yeganə matçında “Azəryol” “Telekom”la üz-üzə gəlib. Qarşılaşmada Zoran Qayiçin yetirmələri favorit olsalar da, “Azəryol” asanlıqla təslim olmayıb.

 

Eldar Yusubovun yetirmələrinin I dövrədə olduğu kimi, rəqibinə çətin anlar yaşatsa da, yekunda qalib gələ bilməyiblər. İlk iki seti "Telekom" qazanıb. Üçüncü hissədə isə möhtəşəm mübarizə gedib. "Azəryol" rəqibini 31:29 hesabı ilə məğlub edib. 4-cü seti də "yolçəkənlər" qazanaraq qarşılaşmanın taleyinin tay-brekdə həll olunmasına nail olublar. Ancaq onların gücü bundan artığına çatmayıb. Həlledici mərhələdə 15:6 hesabı ilə qalib gələn "rabitəçilər" qələbəni bayram ediblər.

 

Qeyd edək ki, turun “Lokomotiv” – “Azərreyl” matçı təxirə salınıb. Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı.

 

IV tur

19 noyabr

 

“Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)

“Azərreyl” Voleybol Mərkəzi

İlk dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

 

Telekom

4

4

0

12-5

400-326

10

Azərreyl

3

2

1

8-5

287-238

6

Azəryol

4

1

3

8-9

350-367

5

Lokomotiv

3

0

3

0-9

119-225

0

Gürcüstan

0

0

0

0

0

0

 

 

0