[b]Azərbaycan çempionatında reqlament dəyişdi! - RƏSMİ[/b]
21.11.2016 - 14:24
[b]Azərbaycan çempionatında reqlament dəyişdi! - RƏSMİ[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında reqlament dəyişikliyi baş verib. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev verib.

 

O bildirib ki, son illərdə təşkil olunan sistem qüvvədən düşüb: “2016/2017 mövsümündə çempionatda pley-off və final mərhələləri keçirilməyəcək. Biz bununla bağlı qərar qəbul etmişik və bu bir daha bütün klubların diqqətinə çatdırılacaq”.

 

Musayevin sözlərinə görə, reqlament dəyişikliyində klubların sayının az olması və 2017-ci ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdı: “Super Liqada 4 Azərbaycan klubu yarışır. Əgər pley-off olsaydı, hamısı mərhələ adlayacaqdı. Bu səbəbdən də qərara aldıq ki, yeni mövsüm 4 dövrədən ibarət olsun, lakin dairəvi sistem keçirilsin. Yəni 20 turun yekununda ən çox xal toplayacaq komanda çempion tituluna yiyələnəcək. Ardıcıllıq da belə gedəcək. Həmçinin, yarışı həmişəkindən də tez bitirəcəyik. Əgər son illər çempionat apreldə başa çatırdısa, bu dəfə martın sonlarına təsadüf edəcək. Bu da yığmamızın İslamiadaya hazırlığı üçün atılan addımdı”.  

 

Koordinator bildirib ki, əgər 4 dövrənin yekununda xallar bərabər olarsa, klubların yerləri beynəlxalq qaydalara əsasən müəyyənləşək: “Bu, bütün dünyada necədisə, bizdə də elə olacaq. Setə, topa, qələbə sayına baxılacaq”.

 

Qeyd edək ki, Azərbaycan çempionatında artıq 4 tur geridə qalıb. 

0