[b]Respublika birinciliyinin qalibləri bəlli oldu[/b]
21.11.2016 - 15:06
[b]Respublika birinciliyinin qalibləri bəlli oldu[/b]

“Təhsil” Respublika İdman Məktəbinin 17 yaşadək şahmatçıları arasında respublika birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, 9 turdan ibarət yarışın qalibi adını Xəzər Babazadə qazanıb.

 

Məktəblilər arasında Avropa çempionu titulunun sahibi olan Biləsuvar şahmatçısı keçirdiyi 9 matçdan 7 xal toplayıb. İkinci yeri Kənan Əhədzadə tutub. Lənkəranı təmsil edən zəka sahibi çempion Babazadə ilə eyni xal toplasa da, əlavə göstəricilərdə ondan geri qalıb. İlk “üçlüy”ü isə Talıbxan Talıbxanlı qapayıb. Zərdablı idmançı hesabına 6,5 xal yazdırıb.

 

Qeyd edək ki, birinciliyə ümumilikdə 15 şahmatçı qatılıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Babazadə isə cəmi 12 yaşında bu uğura yiyələnib. 

0