[b]Ukrayna yığmamızın səviyyəsini göstərdi[/b]
22.11.2016 - 09:46
[b]Ukrayna yığmamızın səviyyəsini göstərdi[/b]

Ukraynanın paytaxtı Kiyevdə qadın həndbolçular arasında keçirilən Turçin kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də qüvvəsini sınayıb.

 

Rəfiqə Şabanovanın başçılıq etdiyi komanda finalda uduzaraq, ikinci yeri tutub. Belə ki, kuboka cəmi 4 yığma qatılıb. Bunlar Ukraynanın əsas, ikinci və üçüncü komandaları olub. Yığmamız ilk matçını Ukrayna-3-ə qarşı keçirib. Həndbolçularımız qələbə qazanmaqda ciddi çətinlik çəkməyiblər – 34:22 (28:7).

 

Bu qələbə təmsilçimizi birbaşa finala yüksəldib. Onlar həlledici görüşdə 2-ci komandalarını 31:21 hesabı ilə məğlub edən ev sahiblərinin əsas millisi ilə oynayıblar. Qarşılaşmada səviyyə fərqi öz sözünü deyib. Yığmamız Ukraynaya 17:39 (8:20) hesabı ilə uduzub.

0