[b]Püşk atıldı: Bakı klubu Polşa təmsilçisi ilə qarşılaşacaq[/b]
22.11.2016 - 16:00
[b]Püşk atıldı: Bakı klubu Polşa təmsilçisi ilə qarşılaşacaq[/b]

Qadın həndbolçular arasında “Çelenc Cup” 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Vyanada baş tutan mərasimdə Azərbaycanın ABU klubu da rəqibi də bilinib.

 

Püşk Rəfiqə Şabanovanın yetirmələrinə Polşanın “Kram Start Elblaq” komandasını qismət edib. İlk qarşılaşma fevralın 4-də və ya 5-də Bakıda, cavab oyunu bir həftə sonra səfərdə olacaq.

 

1/8 final mərhələsi

“Zuq” (İsveçrə) - “Karpatı” (Ukrayna)
“Sokol” (Çexiya) - “Şqipona” (Kosovo)
ABU (Azərbaycan) - “Kram Start Elblaq” (Polşa)
“Lokomotiva” (Xorvatiya) - “Ardesen” (Türkiyə)
“Haukar” (İslandiya) - “Quintus” (Hollandiya)
“H 65 Höörs” (İsveç) - “Vardar” (Makedoniya)
“Mlinotest Aydovçina” (Sloveniya) - “Atletiko” (İspaniya)
“Koleqio de Qaya” (Portuqaliya) - “Qran Kanaria” (İspaniya)

Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıb. 

 

0