[b]Avropa çempionatında iki final, iki bürünc medal[/b] - YENİLƏNİB
22.11.2016 - 23:25
[b]Avropa çempionatında iki final, iki bürünc medal[/b] - YENİLƏNİB

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə yarımfinal görüşlərinə start verilib.

 

Bu gün rinqə çıxan üç boksçumuzdan ikisi artıq finala yüksəlib.

 

Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək çempionluğun bir addımlığına kimi irəliləyib. Artıq onun rəqibi də məlumdu. Anna qızıl medal uğrunda yerli idmançı Stanimira Petrova ilə üzləşəcək.

 

69 kq çəkidə isə Yelena Vstropova rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz da Anna kimi həlledici mərhələyə yüksəlib.

 

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova final yolunda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub.

 

Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva da bu gün Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. O, da komanda yoldaşı Leyla Cavadova kimi məğlub olub və bürünc medalla kifayətlənməli olub.

0