[b]“Azərreyl” Çempionlar Liqasına “Azəryol”un məşqçisini sifariş etdi[/b]
23.11.2016 - 10:35
[b]“Azərreyl” Çempionlar Liqasına “Azəryol”un məşqçisini sifariş etdi[/b]

“Azərreyl” Çempionlar Liqasının 2016/2017 mövsümü üçün heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” avrokubok üçün 12 voleybolçu sifariş edib.

 

Lakin komandanın məşqçilər korpusu beynəlxalq arenada fərqli tərkiblə çalışacaq. Baş məşqçi Famil Ağayev köməkçisi Emin Əbilovla kifayətlənməyib. “Azəryol”da Eldar Yusubovla işləyən Ruslan Motorinin də Çempionlar Liqası üçün sifariş edilib.

 

Komandanın heyəti isə belədi:

1. Ceyran Əliyeva, 2. Marten Bettendorf (ABŞ), 3. Anastasiya Qurbanova, 5. Malika Kanzonq (Tailand), 6. Ayşən Abduləzimova, 7. Mersi Moim (Keniya), 10. Danitsa Radenkoviç (Serbiya), 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Edina Dobi (Macarıstan), 15. Aynur Kərimova, 16. Şəfaqət Həbibova.

 

Qeyd edək ki, “Azərreyl” “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə C qrupunda yer alıb.

0