[b]Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkü atıldı[/b]
24.11.2016 - 18:52
[b]Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkü atıldı[/b]

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu turnirinin püşkü Heydər Əliyev Mərkəzində baş tutub.

 

CEV rəhbərliyinin də iştirak etdiyi mərasimdə 16 komanda 4 qrupa bölünüb. Qaydalara əsasən, Azərbaycan millisi meydan sahibi kimi A qrupunun, Gürcüstan isə B qrupunun birinci komandası olub.  

 

Püşkatmada yığmamızın sabiq kapitanı Oksana Kurtıa Azərbaycan və Türkiyə çempionu Valeriya Məmmədova da iştirak ediblər.

 

Millimiz qrup mərhələsində Almaniya, Polşa və Macarıstanla mübarizə aparacaq.

 

A qrupu

Azərbaycan

Almaniya

Polşa

Macarıstan

 

B qrupu

Gürcüstan

İtaliya

Xorvatiya

Belarus

 

C qrupu

Rusiya

Türkiyə

Bolqarıstan

Ukrayna

 

D qrupu

Serbiya

Hollandiya

Belçika

Çexiya

 

Əvvəldən də açıqlandığı kimi, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

0