[b]Cavid Qurbanov: Avropa çempionatını yüksək səviyyədə keçirəcəyik [/b]
24.11.2016 - 19:21
[b]Cavid Qurbanov: Avropa çempionatını yüksək səviyyədə keçirəcəyik [/b]

“90-cı illərdən sonra ilk dəfədi ki, Azərbaycan və Gürcüstanda belə yarış keçiriləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov deyib.

 

Bu gün Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimi keçirilib.

 

Heydər Əliyev Mərkəzində baş tutan mərasimdən sonra mətbuat konfransında iştirak edən Cavid Qurbanov bunları deyib: “Azərbaycan Voleybol tarixində önəmli adlar var, onlar keçmiş SSRİ yığması, həmçinin Azərbaycan millisinin formasını geyiniblər. Azərbaycan özünü ayrı sahələrdə olduğu kimi, idman ölkəsi olaraq da, dünyada öz yerini tutub. Bu gün yeni təməlin qoyulmasına imza atdıq. Ölkəmizdə möhtəşəm idman yarışları keçirilib, saymaqla bitirmək olmaz. Gələn il Azərbaycanda baş tutacaq yarışlardan biri də qadınlardan ibarət yığma komandaların Avropa çempionatı olacaq. Önəmlisi odu ki, ölkə prezidenti İlham Əliyev bu yarışın keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb. Qürurla deyə bilərik ki, Avropa çempionatını yüksək səviyyədə keçirəcəyik. Avropa Voleybol Federasiyasının prezidentinə də bizə dəstək olduqlarına görə təşəkkürümü bildirirəm. Qruplar artıq müəyyənləşib. Arzum budu ki, güclü qalib gəlsin”.

0