[b]"Milli komandanın baş məşqçisi 2-3 günə bilinəcək" - Faiq Qarayev [/b]
24.11.2016 - 19:22
[b]"Milli komandanın baş məşqçisi 2-3 günə bilinəcək" - Faiq Qarayev [/b]

“Bu gün Azərbaycan voleybol tarixində gözəl gündü. Komandaların hamısı güclüdü. Amma biz düşdüyümüz qrupdan razıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

 

Bu gün Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimi keçirilib.

 

Heydər Əliyev Mərkəzində baş tutan mərasimdən sonra mətbuat konfransında iştirak edən Faiq Qarayev maraqlı fikirlər səsləndirib: “Bu komandalarla çox oynamışıq, onların güclərini bilirik. Asan rəqib yoxdu. Avropa çempionatına qatılacaq komandaların bəziləri rahat, bəziləri güclü qrupa düşüb. Ən birinci hədəf qrupdan çıxmaq, ondan sonra isə yarımfinal və final oynamaqdı. 2-3 gün içində komandanın baş məşqçisinin kimliyi, hazırlıq planı barədə məlumat verəcəyik. Mən 2 ildi səhhətimlə əlaqədar, milliyə baş məşqçilik etmirdim. Amma sonuncu matçlarda komandanı özüm meydana çıxarırdım. Ən güclü məşqçi heyəti təyin olunmalı, güclü voleybolçular yığmaya dəvət edilməlidi. Bizə ikiqat çətindi, çünki hamı bizdən yüksək uğur gözləyir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan yığması Avropa çempionatında uğur qazansın”.

0