[b]“Bu çempionat Azərbaycan üçün gözəl imkandı” – CEV prezidenti[/b]
24.11.2016 - 19:30
[b]“Bu çempionat Azərbaycan üçün gözəl imkandı” – CEV prezidenti[/b]

“Bakıda olmaqdan məmnunam. Mərasim çox gözəl keçdi. Əminəm ki, hamı çox gözəl voleybol yarışının şahidi olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç deyib.

 

Bu gün Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-in püşkatma mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən ali voleybol qurumunun prezidenti sözlərinə belə davam edib: “Çox əhəmiyyətli voleybol çempionatının astanasında durmuşuq. Çünki sonuncu çempionatdı ki, final mərhələsində 16 komanda iştirak edəcək. Avropaya üzv olan 56 ölkənin hər birində inkişafa nail olmaq istəyirik. Eyni zamanda, tədbir özü ev sahibi olan Azərbaycan və Gürcüstanda voleybolun inkişafına təkan verən gözəl bir imkandı. Sözsüz ki, biz çempionatların yüksək səviyyədə keçirilməsində maraqlıyıq və istərdik ki, komandalar gözəl oyun nümayiş etdirsinlər. Bütün komandalara uğurlar arzulayıram. İnanıram ki, təşkilatçı ölkələr Avropa çempionatının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklər”.

0