[b]“Formula-1”: Hamilton başladı, Hamilton davam edəcək[/b]
27.11.2016 - 01:49
[b]“Formula-1”: Hamilton başladı, Hamilton davam edəcək[/b]

Əbu-Dabidə təşkil edilən “Formula-1” üzrə Qran-pri turnirində sıralama yarışı keçirilib. Apasport.az saytının Əbu-Dabiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bir saat davam edən yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.

 

Pilotlar mövsümün son sıralama yarışında öz bolidləri ilə 5,554 metrlik Əbu-Dabi trekində sabahkı yerlərini müəyyənləşdiriblər. Ən yaxşı göstəriciyə bu dəfə də “Mercedes”in üzvü Luis Hamilton (1:38,755) imza atıb. Sərbəst yürüşlərdə də rəqiblərini qabaqlayan 31 yaşlı ingilis sabah yarışa ilk sırada başlayacaq. Onun komanda yoldaşı Niko Rosberq start xəttində ikinci olacaq. "Red Bull Racing"in pilotu Daniel Rikkardo isə ən yaxşı üçüncü nəticəyə imza atıb.

 

 

Əbu-Dabi Qran-prisində pilotların sıralaması

 

1. 44 Luis Hamilton - "Mercedes"

2. 6 Niko Rosberq - "Mercedes"

3. 3 Daniel Rikkardo - "Red Bull Racing"

4. 7 Kimi Raykonnen - "Ferrari"

5. 5 Sebastian Fettel - "Ferrari"

6. 33 Maks Ferstappen - "Toro Rosso"

7. 27 Niko Hülkenberq - "Force İndia"

8. 11 Serxio Peres - "Force İndia"

9. 14 Fernando Alonso - "McLaren"

10. 19 Felipe Massa - "Uilyams"

11. 77 Valtteri Bottas - "Uilyams"

12. 22 Censon Batton - "McLaren"

13. 21 Estabean Qutyerres - "Haas"

14. 8 Roman Qrojan - "Haas"

15. 30 Kolion Palmer - "Renault"

16. 94 Paskal Verlyayn - "Manor"

17. 26 Daniil Kvyat - "Red Bull Racing"

18. 20 Kevin Maqnussen - "Renualt"

19. 12 Felipe Nasr - "Sauber"

20. 31 Esteban Okon – “Manor”

21. 55 Karlos Saynts - "Toro Rosso"

22. 9 Markus Erikson - "Sauber"

 

Qeyd edək ki, Əbu-Dabidə keçirilən yarışda bu gün dünya çempionun adına aydınlıq gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq ilin son yarışında Rosberq şanslı sayılır. Ən yaxın izləyicisi Hamiltonu ümumi sıralamada 12 xal qabaqlayan alman pilot əgər “üçlüy”ə düşərsə, fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq.

0