[b]Gürcüstan yığması Bakıdan biabırçı nəticə ilə qayıtdı[/b]
29.11.2016 - 11:52
[b]Gürcüstan yığması Bakıdan biabırçı nəticə ilə qayıtdı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında Gürcüstan millisi 4 oyununu başa vurub. Apasport.az saytının məlumatına görə, Avro-2017-ni birgə keçirəcəyimiz qonşu ölkənin yığması Bakıda keçirdiyi oyunlardan hamısında məğlubiyyətə üzülüb.

 

Qonaqlar 4 matçda nəinki xal, heç set qazana bilməyiblər. Onlar şagirdlərdən təşkil olunan “Lokomotiv”ə belə ciddi müqavimət göstərə bilməyiblər.

 

Beləliklə, komanda artıq Bakını tərk edib. Onların paytaxtımıza növbəti səfərinin vaxtı isə bugünlərdə bilinəcək və bundan sonra təqvim açıqlanacaq.

 

VII tur

“Azəryol” – Gürcüstan – 3:0 (25:9; 25:12; 25:16)

 

VIII tur

“Telekom” – Gürcüstan – 3:0 (25:15; 25:10: 25:9)

 

IX tur

“Lokomotiv” – Gürcüstan – 3:0 (25:22; 25:17; 25:21)

 

X tur

“Azərreyl” – Gürcüstan – 3:0 (25:8; 25:17; 25:8)

 

 

Telekom

5

5

0

15-5

475-360

13

Azərreyl

4

3

1

11-5

362-271

9

Azəryol

5

2

3

11-9

425-404

8

Lokomotiv

4

1

3

3-9

194-285

3

Gürcüstan

4

0

4

0-12

164-300

0

 

 

0