[b]Rəqibləri qəzaya uğramış komandaya oyunçu təklif etdilər[/b]
29.11.2016 - 20:16
[b]Rəqibləri qəzaya uğramış komandaya oyunçu təklif etdilər[/b]

Braziliyanın “Korintians” klubu təyyarə qəzasına uğrayan “Şapekoense”yə dəstəyini bildirmək üçün yerli futbol federasiyasına müraciət edib. Apasport.az saytının məlumatına görə, onlar bədbəxt hadisə ilə üzləşmiş rəqiblərinin 3 mövsüm boyunca aşağı dəstəyə göndərilməməsini istəyiblər.

 

Bundan əlavə, “Korintians” rəsmi saytı vasitəsilə bildirib ki, əgər Medelyin təmsilçisi istəsə, heç bir ödəniş edilmədən oyunçu icarəyə verə bilərlər.

 

Bunun ardınca Braziliya liqasında çıxış edən bütün komandalar istədikləri qədər ödənişsiz oyunçu verə biləcəkləri ilə bağlı açıqlama veriblər.

 

“Şapekoense”nin Sudamerikana kubokunun finalında qarşılaşacağı “Atletiko Nasyonal” isə azarkeşlərinə səslənərək oyununun keçiriləcəyi stadionda toplaşacaqlarını və həlak olan futbolçuları anacaqlarını bildirib.

 

Qeyd edək ki, “Şapekoense”ni Braziliyadan Kolumbiyaya aparan təyyarə qəzaya uğrayarkən içərisində 72 sərnişin və 9 ekipaj üzvü yer alıb. Azərbaycanda çıxış etmiş Filipe Maçado və Tyeqo de Xesus da onların arasında olub.

0