[b]Yığmamız I divizion klubunu məğlub etdi[/b]
02.12.2016 - 15:59
[b]Yığmamız I divizion klubunu məğlub etdi[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Bakıda keçirilən seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində “Səbail” klubu ilə qarşılaşıb.

 

I divizion təmsilçisi ilə matç yığmamızın qələbəsi ilə başa çatıb - 3:1. Millinin heyətində Bahadur Həziyev, İbrahim Əliyev  və Ceyhun Muxtarlı fərqlənib.

 

Mənbə: affa.az

0